reading time
3 dəqiqə oxunma müddəti
92 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr torpağımızı da düşmənə verməmişdir!

Politoloq İlyas Hüseynov Telejurnal-a açıqlama verib.

İlyas Hüseynov qeyd edir ki, hazırkı durumda Ermənistan tərəfindən hərbi-siyasi təxribatların baş verəcəyi gözlənilirdi. Bu, heç də təsadüfi deyil. Böyük ehtimalla söyləmək olar ki, baş verən atışma təxribatdan daha çox dəqiq hazırlanmış əməliyyatdır və Ermənistan Silahlı Qüvvələrinin korpus komandirinin burada olması da təsadüfi deyil. Qeyd edək ki, Ermənistan mediasının məlumatına görə, yaralılar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri polkovnik Armen Gözəlyan da var.

Ötən dövrdə Ermənistan öz strategiyasına uyğun hərəkət edirdi. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycan guya “eskalasiya hazırlayır”. Halbuki Ermənistan tərəfi şərti sərhəddə atəşkəs rejimini dəfələrlə pozur və Avropa İttifaqının mülki missiyasının “xidmətlərindən” istifadə etmək niyyəti güdürdü.

Politoloq qeyd edir ki, zaman keçdikcə sərhəd bölgəsində əməliyyatlara hazırlıq məqsədilə təlimlər keçirildi və texnikanın cəlb olunması haqqında məlumatlar aldıq. Ermənistan yenə də usanmadan “KTMT kartından” istifadə etməyə çalışır. Cənab Prezident İlham Əliyevin KTMT üzvü olan Tacikistan və Qazaxıstana səfərləri mövqelərimizin güclənməsinə yönəlmişdi.

İlyas bəyin sözlərinə görə ,baş verən insidentə səbəb yenə də bir qrup erməni hərbçinin bizim mövqelərimizə yaxınlaşması və mühəndis-istehkam işlərinə start verməsi oldu.Hərbçilərimizin geri çəkilmə ilə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi mövqelərimizi intensiv atəşə tutdu.
Bundan sonra gərgin döyüş başladı. İndi siyasi sahədə Ermənistanın yenə də öz “rolunu” oynamasını, informasiya manipulyasiyasını, Azərbaycanı günahlandırmasını və çoxsaylı şikayətləri izləyəcəyik.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

     Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
   Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
    Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
    Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023
3 dəqiqə oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə…

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023
4 dəqiqə oxuma
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…

Aprel döyüşləri – Qələbəyə gedən yolun təməli – ŞƏRH

01 Aprel 2023
7 dəqiqə oxuma
Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi…