reading time
3 dəqiqə oxunma müddəti
238 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

Co Baydenin “taxta çıxması” Rusiya və Azərbaycana nə vəd edir?

27 Yanvar 2021

“Demokratiya” deyənlər üçün fürsət

D.Trampdan fərqli olaraq Co Baydenin dövlətlərə təsir mexanizmi olaraq insan hüquq və azadlıqlarından istifadə edəcəyi şübhəsizdir. Amma bu vəziyyət öz ölkəsində demokratik institutları möhkəmləndirməkdə maraqlı olan, hüququn aliliyini rəhbər tutan dövlətlər üçün narahatlıq doğurmamalıdır. Əksinə həmin dövlətlər ABŞ-la münasibətlərini yaxşılaşdırmaq üçün bu dönəmi düzgün dəyərləndirməlidirlər.

Öz maraqlarını güdənlər üçün daha böyük fürsət

Amma onu da unutmaq olmaz ki, demokratiyanın dəstəklənməsi ABŞ-ın ekspansionist siyasətinin söykəndiyi əsas vasitələrdən biridir. Belə ki, bir çox hallarda geosiyasi maraqlar uğrunda mübarizədə beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarına ikili yanaşması ABŞ-ın əsl niyyətini göstərir. Deməli, Bayden hakimiyyətinin sələfindən fərqli olaraq dövlətlərarası münasibətdə düzəlişlər edəcəyi heç də bütünlükdə ABŞ-ın strateji maraqlarının dəyişəcəyi anlamına gəlməməlidir. Rusiya, Türkiyə, Çin və İranla münasibətlərinə yenidən baxacağı və müəyyən korrektələr edəcəyi bu baxımdan diqqət çəkir. Əsasən də Bayden hakimiyyəti dönəmində Vaşinqtonla Moskva arasında gərginliyin arta biləcəyi ilə bağlı ehtimallar daha çox səsləndirilir.

Rusiyanı çətin sınaqlar gözləyir

Cənubi Qafqazdakı son olayla əlaqəli Rusiyanın geosiyasi mövqelərini möhkəmləndirməsinə, sülhməramlı qüvvələrini burada yerləşdirməsinə ABŞ-ın biganə qalmayacağı aydındır. Düzdür, böyük bir dəyişikliyə səbəb olacaq hər hansı addımın atılması gözlənilməsə də, baş verənlərin beynəlxalq müstəviyə qaldırılmasının mümkünlüyü Kremlin nəzarətinin zəifləməsinə təsirsiz ötüşməyəcək. Rəsmi Moskvanın Cənubi Qafqazdakı müharibə sonrası proseslərin beynəlxalq hüquq çərçivəsindən kənara çıxmadığını izah etməyə çalışması da gözlənilən təsirlərin və sanksiyaların ola biləcəyinə ehtimal verdiyini göstərir. Rusiya anlayır ki, Tramp dövründən fərqli olaraq onu ciddi sınaqlar gözləyir. Məhz ABŞ-dakı inauqurasiya ərəfəsində müxalifət liderinin Moskvaya qayıtması, onun həbsi və əhalinin kütləvi etiraza qalxması heç də təsadüf deyildi. Bunu qərbin Rusiyaya təsir vasitəsi olaraq atdığı ilk addım kimi qiymətləndirmək olar.

Azərbaycan nəyə hazırlaşmalıdır?

Azərbaycana gəlincə, onu demək olar ki, ABŞ regionda sülhün və təhlükəsizliyin olmasında maraqlıdır. O cümlədən, regionun iqtisadi potensialından istifadə və region dövlətləri ilə hərbi əməkdaşlıq, NATO-ya inteqrasiyası və s. kimi məsələlər də ABŞ üçün önəm kəsb edir. Düzdür, ABŞ-dakı erməni lobbisinin təzyiqləri Co Baydenin Azərbaycana təzyiqləri artırmasına səbəb olsa da ümumilikdə münasibətlərin pisləşməsinə gətirib çıxarmayacaqdır. Regionun böyük potensiala malik ölkəsi ilə əlaqələri qoruyub saxlamaq fövqəldövlət üçün də zəruridir. Öz növbəsində demokratik idarəetməni, iqtisadi inkişafı prioritet hesab edən, NATO ilə əlaqələri genişləndirməyə çalışan Azərbaycan üçün ABŞ-la münasibətlərin daha da yaxşılaşdırılması bir çox aspektdən önəm ifadə edir. Əsasən də yeni dönəmdə hakimiyyətin siyasi iradə nümayiş etdirərək demokratiya və insan hüquqlarının qorunması istiqamətində atdığı addımlar ölkəyə qarşı bu istiqamətdə yönəlmiş təzyiqlərin azaldılması üçün vacibdir. O cümlədən ABŞ-la ikitərəfli əlaqələr və hərbi əməkdaşlıq da regional güclərin Azərbaycana olan təzyiqlərini neytrallaşdırması baxımından əhəmiyyətlidir.

 

Müəllif: siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023
3 dəqiqə oxuma
Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr…

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023
3 dəqiqə oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə…

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023
4 dəqiqə oxuma
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…