reading time
3 dəqiqə oxunma müddəti
100 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə də dünyanın diqqət mərkəzindədir və geniş müzakirələrə yol açıb. Ölkə başçılarının regional və beynəlxalq problemləri, eləcə də qarşılıqlı əlaqələrinin perspektivlərini və daha da dərinləşdirilməsi istiqamətlərini müzakirə etmələri yeni dövrün başlanğıcı kimi xarakterizə olunub. Bir çox yerli və beynəlxalq ekspertlər isə İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərlərini olduqca vacib əhəmiyyətli hadisə kimi dəyərləndirirlər.

Mövzu ilə bağlı politoloq Turab Rzayev  Telejurnal-a açıqlama verib. Turab bəyin sözlərinə görə,  Prezidentin Qazaxıstan səfəri digər Mərkəzi Asiya ölkələrinə səfərin davamı kimi xarakterizə edilə bilər: “Göründüyü kimi Azərbaycan tərəfinin Mərkəzi Asiya ölkələri ilə ciddi siyasi-iqtisadi və nəqliyyat sahəsində geostrateji planları mövcuddur. Ölkə başçısının Qazaxıstan səfəri də məhz bu konteksdən dəyərləndirilməlidir. Artıq Qazaxıstanın da əsas seqment kimi çıxış etdiyi “orta dəhliz” formalaşır. Həmçinin Qazaxıstan neftinin artıq Rusiya yox,  Azərbaycan (Xəzər dənizi vasitəsilə) üzərindən daşınması da planlaşdırılır. Bu məsələlərin səfər çərçivəsində müzakirə edildiyini söyləmək olar. Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir. Həmçinin Rəsmi Bakı bu ölkələrlə əlaqələri gücləndirməklə yeni dünya nizamında Mərkəzi Asiya-Azərbaycan-Avropa İttifaqı ilə birgə əməkdaşlıq həyata keçirməyə çalışır. Çünki Mərkəzi Asiyanın karbohidrogen yataqları və nəqliyyat qovşağı Azərbaycan üzərindən keçəcək”.

Politoloq əlavə edib ki, Azərbaycan həm neft, həm də nəqliyyat sektorunda əsas ölkə kimi tanınır:

“Rəsmi Bakı ilə Qazaxıstan arasında bu kimi məsələlərdə razılığın əldə olunması, hərbi-texniki mövzularda əməkdaşlığın yaradılması mümkündür. Düşünürəm ki, bu səfər Qazaxıstan və Azərbaycan arasında yeni bir strateji mərhələnin başlanğıcıdır. Eyni zamanda Qazaxıstan KTMT üzvüdür və Azərbaycan bu təşkilat çərçivəsində Ermənistanı sıxışdırmağı bacarır. Üstəlik, Azərbaycan Qazaxıstanın Qərbə açılan qapısı rolunu da oynayır. Xəzər dənizi vasitəsi ilə Qazaxıstan neftinin daşınması, həmçinin bu məhsulları qəbul etmək üçün “Səngəçal”da yeni bir kiçik terminalın tikilməsi iki ölkə arasında müxtəlif sahələrdə razılaşmaların olduğunu deməyə əsas verir. Bu, yeni dövrün başlanğıcıdır. Demək olar ki, Qərb Azərbaycan üzərindən Mərkəzi Asiya ilə əməkdaşlıq edəcək. Bu xüsusda Prezidentin ard-arda Mərkəzi Asiya ölkələrinə səfərini yüksək qiymətləndirmək lazımdır”.

Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri aprelin 10-da başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər yola saldılar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023
3 dəqiqə oxuma
Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr…

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023
4 dəqiqə oxuma
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…

Aprel döyüşləri – Qələbəyə gedən yolun təməli – ŞƏRH

01 Aprel 2023
7 dəqiqə oxuma
Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi…