reading time
4 dəqiqə oxunma müddəti
341 baxış
Bu yazını paylaşın
Analiz və təhlil

Azərbaycan Qərbin neokolonialist siyasətinə qarşı

16 Dekabr 2020

Yeni dünyanın yeni oyunçuları

Bu gün dünya siyasəti özünün yeni mərhələsində yeni oyunçuları ilə gündəmdədir. Artıq böyük siyasi və iqtisadi güc mərkəzlərini öz siyasətlərinə uyğunlaşdırmağa müvəffəq olmuş liderlər nəsli yetişmişdir. Bu siyasi liderlərin içərisində R. T. Ərdoğanın və İ. Əliyevin də olması təbii ki, bizləri sevindirməyə bilməz. Hər iki liderin illərlə yürütdükləri effektiv siyasi kursun nəticəsidir ki, artıq dünya siyasi arenasında Türkiyə və Azərbaycan dövlətləri parlamaqdadırlar.

Qərbin yeni oyunçulara münasibəti

Təbii ki, bunları həzm edə bilməyən Qərb dünyası öz oyunlarından imtina edəsi deyil və hər iki müsəlman və eyni zamanda türk dövlətini müxtəlif yollarla neytrallaşdırmaq üçün əllərindən gələni edəsidirlər. Qərb dövlətlərinin siyasi elitasının yürütdüyü siyasət  öz “vətənpərvər” və “liberal” mediaları vasitəsiylə səsləndirdikləri “Avropa Xristian sivilizasiyasının müdafiəsi” kimi şüarlar onların necə bir diskriminativ psixologiyada olduqlarını bütün çılpaqlığı ilə nümayiş etdirməkdədir. Bu, əsasən, ermənilərin, demək olar ki, təsir dairəsində olan Rusiya mediasında daha da qabarıq şəkildə görünür ki, bunlara qarşı da dövlətimizin bütün resurslarından istifadə edərək mübarizə aparması vacib şərtlərdəndir.

Azərbaycanın cavab həmlələri

Bu günə qədər istənilən sferalarda dövlətimizə qarşı qarayaxma kompaniyalarının şahidi olmuşuq. Apardığımız Vətən müharibəsi zamanı düşmənlərimiz və onların müttəfiqləri tərəfindən güclü təbliğat kompaniyası nəinki KİV-lər vasitəsilə, hətta bir sıra dövlətlərin başçıları səviyyəsində də aparılmışdır. Dezinformasiya və yalanların geniş vüsət aldığı bir dövrdə İlham Əliyevin məhz bu qüvvələrə qarşı demək olar ki təkbaşına olmasına baxmayaraq mükəmməl, hazırlıqlı və davamlı mübarizəsi böyük rezonansa səbəb olmuşdur. Belə ki, Qərb heç zaman belə təzyiqlə üzləşməmişdir. İlham Əliyev 44 günlük müharibə zamanı onlarla Qərb KİV-lərinə müsahibələr verərkən onların qərəzli mövqelərini elə onların üzlərinə vurmaqla düşmənlərimizin havadarlarına açıq mesajlar vermişdir. Onun BBC-nin özündənrazı “ermənipərəst” jurnalisti ilə müsahibəsində məhz konkret faktlarla jurnalisti çıxılmaz vəziyyətə salması nəticədə jurnalistin danışıq tonunu dəyişməsinə səbəb olmuşdusa da, bu, əsasən, Qərb isteblişmentinə qarşı da birbaşa çağırış idi. İlham Əliyevin bu mövqeyindən həm də müasir Azərbaycan siyasətinin Qərb haqsızlıqlarına qarşı səssiz qalmayacağı kimi bir nəticə də çıxarmaq olardı.

Post-müharibə Azərbaycanı

Məhz 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan dövləti dünyanın aparıcı dövlətlərinə yeni formatda təqdim olunmaqla yanaşı, özünün regionda əsas faktor olduğunu da göstərmiş və Qərb neokoloniolist hərəkatına ciddi zərbə vurmuşdur. Təbii ki, Qərb nəinki bunlara göz yumacaq, hətta himayədarı olduğu transmilli “erməniliyin” hərbi cəhətdən məhvini Azərbaycana bağışlamayacaqdır. Buna görə də Azərbaycan başda Türkiyə olmaqla, öz güclü müttəfiqləriylə onlara qarşı mübarizədə birmənalı olaraq güclü iradə nümayiş etdirməli, Cənubi Qafqazda söz sahibi olduğunu göstərməlidir. Təbii ki, buna yalnız Azərbaycanla yaxşı münasibətdə olan fövqəldövlətlərin siyasi və iqtisadi maraqlarına cavab verməklə buna nail olmaq mümkündür. Misal üçün, Azərbaycan bundan sonra Avropanın neft və qaza olan ehtiyyaclarını ödəməkdə Rus monopoliyasından qurtulmaq üçün nəfəslik rolunu oynamaqla onları iqtisadi olaraq özündən bir növ “asılı” hala salmalı, bununla da siyasi dividentlər qazanmağa çalışmalıdır. Bunun kifayət qədər effektiv olduğunu Azərbaycan dövləti artıq görüb. Vətən müharibəsi zamanı ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya kimi dövlətlərin Azərbaycana qarşı qarayaxma kompaniyalarında iştirak etməmələri, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etmələri və onun daxili işlərinə müdaxilə etməmələri rəsmi Bakının xarici siyasətdəki uğuru kimi qiymətləndirilməlidir. Təbii ki, bütün bu məsələlərdə Türkiyənin rolu da danılmazdır.

 

Müəllif: “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”nin beynəlxalq münasibətlər üzrə eksperti Anar Kazımov

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur – İlyas Hüseynov

13 Aprel 2023
3 dəqiqə oxuma
Hərbçilərimiz Azərbaycan sərhədlərini güclü şəkildə qoruyur və bir millimetr…

Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir-Turab Rzayev ilə müsahibə

12 Aprel 2023
3 dəqiqə oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə…

İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb- Millət vəkili Ceyhun Məmmədovdan açıqlama

12 Aprel 2023
4 dəqiqə oxuma
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda…

İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.-analiz və təhlil

12 Aprel 2023
3 dəqiqə oxuma
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi…