40 baxış
Bu yazını paylaşın
Dünya

Jozep Borrel: bütün ölkələr Rusiyadan sərbəst şəkildə ərzaq və gübrə ala bilər

20 İyun 2022

Bakı, 20 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verirki.

Rusiyadan ərzaq və gübrə almaq istəyən bütün ölkələr bunu sərbəst şəkildə edə bilərlər.

TASS informasiya agentliyi xəbər verir ki, bunu Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Lüksemburqa gələn Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel deyib.

O, həmçinin Avropa İttifaqının Ukrayna taxılının dəniz yolu ilə ixracının təmin olunması üzrə Ankara, Kiyev və Moskva arasında məsləhətləşmələr çərçivəsində BMT-nin səylərini tam dəstəklədiyini bildirib.

Jozep Borrel dünyada dərinləşən ərzaq böhranının Avropa İttifaqının sanksiyaları səbəbindən baş vermədiyi barədə Brüsselin mövqeyini bir daha vurğulayıb. “Avropa İttifaqının sanksiyaları gübrə və qida məhsullarına şamil edilmir, onları almaq istəyən bütün dövlətlər bunu tam sərbəst şəkildə edə bilər”, – deyə o qeyd edib

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…