23 baxış
Bu yazını paylaşın
Siyasi

Jan-Viktor Kastor: “Fransanın müstəmləkəçilik siyasətinin nəticələri haqqında həqiqəti dünyaya çatdırmaq istəyirik”

05 İyul 2023

“Fransanın müstəmləkəçilik siyasətinin nəticələri haqqında həqiqətləri dünyaya çatdırmaq üçün Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısı kimi tədbirlərdə fəal iştirak edirik”.

Bunu   açıqlamasında Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər toplantısında iştirak edən Fransa Milli Assambleyasının deputatı (Fransız Qvianası) Jan-Viktor Kastor deyib.

O qeyd edib ki, Fransa uzun illərdir ki, Fransa Qvianasının bütün təbii sərvətlərini istismar edir:

“Biz Fransa ilə mübarizə aparırıq və bu günə qədər uğur qazana bilməmişik. Biz dünya ictimaiyyətinə müraciət etməyə çalışdıq. Fransa bizi tanımalıdır. 1946-cı ilə qədər biz ayrıca koloniya idik. Hətta Fransanın özü də bizi müstəmləkə kimi qəbul edirdi. 1946-cı ildən sonra Fransız Qvianası Fransanın dənizaşırı departamenti elan edilib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…