33 baxış
Bu yazını paylaşın
Dünya

İyun ayında İsveçdə inflyasiya rekord həddə – 8,5 faizə çatıb.

14 İyul 2022

İyun ayında İsveçdə inflyasiya 8,5 faizə yüksəlib. Bu, ölkədə inflyasiyanın maksimum həddinin 7,8 faiz olduğu 1991-ci ildən bəri ən yüksək göstəricidir.

 TELEJURNAL. az AZƏRTAC-a  istinadla xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Statistika Bürosu məlumat yayıb.

“May ayında ölkədə inflyasiya 7,2 faiz təşkil edib. Ərzaq, elektrik enerjisi və yanacağın qiymətlərinin bahalaşması inflyasiyaya ən çox təsir edən amillər olub”, – deyə Mərkəzi Statistika Bürosunun analitiki Sofi Eman bildirib. Onun sözlərinə görə, aylıq dəyişikliyə həm də yanacaq xərclərinin artması nəticəsində yüksək nəqliyyat qiymətləri təsir edib.

Son vaxtlar İsveçdə ərzaq məhsullarının və dənli bitkilərin qiymətləri xeyli bahalaşıb. Ötən ildən bu yana qəhvənin qiyməti təxminən 50 faiz artıb. Elektrik enerjisi, səyahət paketləri və restoran xidmətlərinin qiymətləri də yüksələn xətt üzrə inkişaf edir. Ucuzlaşma yalnız geyim mallarında müşahidə edilir ki, bu da yay satışlarına görə mövsümi xarakter daşıyır.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…