46 baxış
Bu yazını paylaşın
Uncategorized

İtalyan senator: “Azərbaycan haqlı tərəfdir”

01 Dekabr 2020
İtalyan senator: Azərbaycan haqlı tərəfdir

Adolfo Urso

İtaliyanın “Radio Radicale” radiosu və “Vento & Associati” beyin mərkəzinin birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağda sülh: Diplomatik atəşkəs və ya davamlı sülh” adlı tədbir keçirilib.

Telejurnal.az Report-a istinadən xəbər verir ki, tədbirdə İtaliya Parlamentində “İtaliya Qardaşları” partiyasını təmsil edən senator, İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü Adolfo Urso çıxış edib.

O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Ermənistandan 250 min və Azərbaycan ərazilərindən isə 750 min olmaqla ümumilikdə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

“Beynəlxalq ictimaiyyət tərəfindən, xüsusilə də ATƏT-in Minsk qrupunun daxilində Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələli şəkildə qaytarılmasını, Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin təmin olunmasını, eləcə də Dağlıq Qarabağın statusunun müəyyən edilməsini ehtiva edən həll variantı hazırlansa da, təəssüf ki, Ermənistan bu həll variantından imtina etmiş və yalnız müharibənin nəticəsi olaraq Ermənistan bu həllin həyata keçirilməsinə məcbur edilmişdir”, – deyə senator qeyd edib.

İtalyan parlamentar vurğulayıb ki, Qafqazda son müharibə sülhün olmamasının dramatik nəticəsidir: “Əgər Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri dönməsinə mane olmasaydı müharibə baş verməzdi. Bu münaqişədə BMT qətnamələri və beynəlxalq hüquq nöqteyi-nəzərdən Azərbaycan haqlı tərəfdir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…