21 baxış
Bu yazını paylaşın
Dünya

İtaliyanın müxtəlif bölgələrində meşə yanğınları baş verib.

20 İyul 2022

İtaliyanın müxtəlif regionlarında baş verən meşə yanğınları gündəlik həyata mənfi təsir edib.

 TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, ölkənin mərkəz hissəsindəki Oriveto şəhəri ətrafında baş verən meşə yanğını şimal-cənub dəmir yolu nəqliyyatında ləngimələrə səbəb olub.

Meşə yanğını səbəbindən paytaxt Roma ilə Florensiyanı birləşdirən həm sürətli qatar xəttində, həm də adi dəmir yolu xəttində nəqliyyatın hərəkəti dayanıb, uzun gecikmələr yaranıb.

Toskana regionunda Massarosa yüksəkliyində baş verən meşə yanğını yaşayış məntəqələrinə təhlükə yaratdığı üçün 100 nəfər təxliyə edilib. Massarosada indiyədək 360 hektar ərazi yanğından zərər çəkib.

Ölkənin şimal-şərqi ilə şimal-qərbini birləşdirən A4 magistral avtomobil yolunda Triest və Qorisiya arasındakı meşəlik ərazidə baş verən yanğın səbəbindən yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Bundan başqa, Bolzano və Palermo şəhərləri yaxınlığında da meşə yanğınları baş verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…