25 baxış
Bu yazını paylaşın
Dünya

İtaliyanın Milan şəhərində partlayış baş verib

12 May 2023

Bu gün səhər saatlarında İtaliyanın şimalında, Milanın mərkəzində baş verən partlayış nəticəsində bir nəfər yaralanıb.

TELEJURNAL  xəbər verir ki, Milanın Porta Romana rayonundakı Pier Lombardo küçəsində yerli vaxtla saat 11:30-da güclü partlayış baş verib. Partlayışın təsiri ilə ətrafa tüstü yayılarkən hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən və təhlükəsizlik işçiləri göndərilib. Yanğınsöndürmə işçilərinin verdiyi məlumata görə, partlayış bölgədəki aptekə oksigen balonları daşıyan yük maşınında baş verib. Dayanmış yük maşını alovlandıqdan sonra sürücünün müdaxilə edərək onu söndürməyə çalışdığı, lakin alovların sıçradığı oksigen balonlarının partladığı paylaşılıb. Hadisə zamanı əlindən və ayağından xəsarət alan sürücünün həyat təhlükəsi isə yoxdur.

Partlayış nəticəsində küçədə dayanmış ən azı 5 avtomobil və 4 motosikletə ciddi ziyan dəydiyi, təhlükəsizlik tədbirləri çərçivəsində ərazidəki uşaq bağçası və bir binanın təxliyyə edildiyi açıqlanıb.

Qeyd edək ki, hadisə ilə bağlı prokurorluq araşdırmalara başlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…