61 baxış
Bu yazını paylaşın
Siyasi

İtaliyalı tədqiqatçı Qarabağ məsələsinə dair senator Urania Papatheuya göndərilən açıq məktuba münasibət bildirib

26 Yanvar 2022

Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier İtaliyanın “Gente e Territorio” saytında dərc olunan yazısında “Ferruzzi Group” və “Philip Morris” şirkətlərinin keçmiş meneceri Quido Mondinonun Senatın “İrəli İtaliya” partiyasından olan üzvü Urania Papatheuya Qafqaz və Qarabağ məsələlərinə dair göndərdiyi açıq məktuba münasibət bildirib.
“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, Azərbaycanla bağlı çoxsaylı məqalə və kitabların müəllifi olan Daniel Pommier yazısında qeyd edib: “1923-cü il iyulun 7-də Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ermənilərin həmin bölgəyə qarşı irredentist iddialarının təməlini qoyub. Hüquqi nöqteyi-nəzərdən qondarma “Dağlıq Qarabağ respublikası”nın separatçı iddiaları və konstitusiyası qeyri-qanunidir, həmçinin beynəlxalq hüquqa, habelə BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrinə ziddir. Təbii ki, Qarabağ münaqişəsində Ermənistan tərəfinin də itkiləri olub. Bunu heç kim inkar etmir, lakin qırğınların, zorakılığın və XX əsrin dəhşətli etnik təmizləməsinin qurbanı olan azərbaycanlıların sayı ermənilərdən qat-qat çoxdur. Azərbaycanlıların və türklərin xristian ermənilərə qarşı müqəddəs müharibə aparacaqları fikrinə gəlincə, bu, 2000-ci illərin əvvəllərində mühafizəkarların “terrorla müharibə” haqqında danışdıqları vaxtdan gələn köhnə arqumentdir. Sözügedən iddia Azərbaycanın Qərb ölkələri səviyyəsində ən dünyəviləşmiş cəmiyyətlərdən biri olduğu faktını nəzərə almayan yanlış arqumentdir. Bu cür qarışıq münaqişələrin “altında yatan” səbəbləri izah edə bilmək üçün məsələyə birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…