39 baxış
Bu yazını paylaşın
Uncategorized

İtaliya XİN Qarabağda atəşkəsin əldə olunmasını dəstəkləyib

11 Noyabr 2020
İtaliya XİN Qarabağda atəşkəsin əldə olunmasını dəstəkləyib

İtaliya Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanması ilə Dağlıq Qarabağda əldə olunan atəşkəsi məmnunluqla qarşılayır və buna tam əməl olunacağına ümid edir.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Tərəflərin bütün ərazidə sabitliyə və davamlı sülhə şərait yarada biləcəkləri ümidi ilə əldə etdikləri digər razılaşmaları da nəzərə alır. Bu xüsusda İtaliya bölgə daxilində barışıq üçün zəruri şərt olan, hər bir icmanın ləyaqətinə və bölgənin mədəni və dini plüralizminə hörmət göstərməyin vacibliyini vurğulayır. İtaliya ATƏT-in Minsk qrupunun bir üzvü olaraq münaqişənin davamlı həlli üçün vacib şərt olan atəşkəsin möhkəmləndirilməsi baxımından həmsədrlərə hər cür dəstəyi təmin edəcək. İtaliya həmçinin Avropa İttifaqı daxilində, Avropa və ölkəmiz üçün o cümlədən əhəmiyyətli bir bağlantı və enerji təchizatı mərkəzi olan bölgənin sabitləşməsinə və inkişafına öz töhfəsini verəcək”, – məlumatda bildirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…