29 baxış
Bu yazını paylaşın
Dünya

İtaliya Rusiya və Belarus vətəndaşlarının 2 milyard avro məbləğində aktivlərini dondurub

04 İyul 2023

İtaliya hökuməti Avropa İttifaqının (Aİ) tətbiq etdiyi sanksiyalarla əlaqədar Rusiya və Belarus vətəndaşlarının təxminən 2 milyard avro məbləğində hesablarını, daşınar və daşınmaz əmlakını və digər aktivlərini dondurub.

Telejurnal  TASS-a istinadən xəbər verir ki, bunu İtaliyanın Maliyyə İnformasiyaları İdarəsinin rəhbəri Enzo Serata bildirib.

“Bu ilin iyun ayının sonuna olan məlumata görə, 170 maliyyə müqaviləsi dayandırılıb. Dondurulmuş vəsaitlərin ümumi məbləği 330 milyon avrodan çoxdur”, – o söyləyib.

Qeyd edək ki, Avropa Komissiyasının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders Ukraynada müharibə başlayandan sonra Rusiyanın Avropa İttifaqında dondurulan suveren aktivlərinin dəqiq məbləği 207 milyard avro təşkil etdiyini bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası Rusiya Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpasının maliyyələşdirilməsi üçün istifadə imkanlarını nəzərdən keçirir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…