52 baxış
Bu yazını paylaşın
Dünya

İtaliya Qərbi Balkanların Aİ-yə qoşulmasını dəstəkləyir

21 Mart 2023

İtaliya Qərbi Balkanların Avropa İttifaqına (Aİ) qoşulmasını dəstəkləyir və bunu strateji əhəmiyyətli məsələ hesab edir.

 

TELEJURNAL xəbər verir ki, bu barədə çərşənbə axşamı İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Belqradda Serbiya prezidenti Aleksandr Vuçiç ilə birgə mətbuat konfransında bildirib.

“Yeni İtaliya hökuməti Balkanlara dair siyasəti strateji prioritet etmək qərarına gəlib. Etdiyimiz hər şey İtaliyanın Avropanın bu hissəsində iştirakını artırmaq və Serbiyadan başlayaraq Balkan ölkələrinin gələcəkdə Avropa Birliyinə üzv olmasını təmin etmək məqsədi daşıyan ümumi strategiyanın bir hissəsidir. Biz Serbiyanı namizəd ölkə kimi dəstəkləyirik və Balkanların tezliklə Avropa Birliyinin bir hissəsi olmasını istəyirik”, -Tajani bildirib.

Albaniya, Şimali Makedoniya, Serbiya, Türkiyə və Monteneqro hazırda Aİ üzvlüyünə rəsmi namizədlərdir. Türkiyə Aİ-yə üzvlüklə bağlı ən uzun danışıqlar aparan ölkə olub – 2005-ci ildən Monteneqro 2010-cu ildən namizəd statusundadır. Ukrayna və Moldova bu yaxınlarda Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb. Bu ölkələrin heç birinin qəbulu üçün müəyyən bir müddət göstərilməyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…