16 baxış
Bu yazını paylaşın
Dünya

İtaliya Prezidenti Sercio Mattarella Baş nazir Mario Draqinin istefa ərizəsini qəbul etməyib.

15 İyul 2022

İtaliya Prezidenti Sercio Mattarella Baş nazir Mario Draqinin istefa ərizəsini qəbul etməyib.

 TELEJURNAL.az AZƏRTAC-a istinadla  xəbər verir ki, İtaliyanın Baş naziri Mario Draqi hökumətdə koalisiya tərəfdaşı partiyalardan biri olan “5 Ulduz Hərəkatı”nın (M5S) iyulun 14-də Senatda keçirilən səsverməni boykot etməsindən sonra Nazirlər Şurasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Lakin İtaliya Prezidenti Sercio Mattarella Mario Draqinin istefa ərizəsini qəbul etməyib.

Qeyd edək ki, “5 Ulduz Hərəkatı”nın üzvləri Mario Draqinin rəhbərlik etdiyi hökumətin ailələrin və müəssisələrin artan enerji qiymətləri ilə mübarizəsi üçün hazırladığı təxminən 23 milyard avro dəyərindəki iqtisadi yardım paketi ilə bağlı bu gün Senatda keçirilən səsvermədə iştirak etməyiblər. Sözügedən paket Senatdakı səsvermədə qəbul edilsə də, daha əvvəl “5 Ulduz Hərəkatı” olmadan hökumətə rəhbərlik etməyəcəyini açıqlayan Mario Draqi bugünkü nəticədən sonra istefa etmək qərarı verib.

Baş nazir Senatdakı səsvermədən sonra nazirlər şurasının iclasını keçirib. O, bu gün keçirilən səsvermənin böyük siyasi məna daşıdığını və hökumət qurularkən əldə edilən milli birliyin artıq mövcud olmadığını bildirib. Qeyd edib ki, son günlər siyasi partiyaların tələblərini yerinə yetirməyə çalışıb, lakin bugünkü səsvermə bütün səylərin yetərli olmadığını göstərib. Mario Draqi isə iclasda nazirlərə istefasını Prezident Sercio Matterallaya təqdim edəcəyini deyib.

Xatırladaq ki, Mario Draqinin başçılıq etdiyi geniş iştiraklı koalisiya hökuməti COVID-19 epidemiyasının yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralın 13-də qurulmuşdu. Bu hökuməti İtaliya parlamentində təmsil olunan 10 siyasi partiya dəstəkləmişdi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…