20 baxış
Bu yazını paylaşın
Siyasi

İtaliya mətbuatı Şuşada və Bakıda keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı forum və konfransa geniş diqqət ayırıb

09 May 2022

İtaliyanın bir sıra kütləvi informasiya vasitələri tərəfindən aprelin 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq forum və aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransdan bəhs edən geniş yazılar dərc olunub.

“TELEJURNAL” AZƏRTACA istinadən xəbər verir ki, “Notizie Geopolitiche”, “Kmetro0”, “Agenzia Nova”, “Nova News”, “Giornale Diplomatico”, “Globus Magazine”, “MetroCT”, “Sardegnagol”, “Insideover” kimi mətbuat orqanları tərəfindən yayılmış məlumatlarda bildirilib ki, Şuşa şəhərində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq forumun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsi olub.

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransla bağlı dərc olunan məlumatlarda sözügedən tədbirin 3 saata yaxın davam etdiyi, tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi söylədiyi, ardınca isə tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdığı diqqətə çatdırılıb. Məlumatlarda Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdəki yenidənqurma və quruculuq işləri, bölgədə sülhün bərqərar olunması, Ukraynadakı böhran, Avropa İttifaqı-Azərbaycan münasibətləri, Azərbaycanın Avropaya təbii qaz təchizatı və onun perspektivləri, İtaliya-Azərbaycan Universiteti ilə bağlı fikirləri əks olunub.

Yazılarda, eləcə də tədbirdə iştirak edən italyan tədqiqatçı Daniel Vinçelli Pommierin həmmüəllifi olduğu “Azərbaycanın Mədəniyyət Paytaxtı – Şuşa” kitabını Azərbaycan Respublikası Prezidentinə təqdim etdiyi qeyd edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…