60 baxış
Bu yazını paylaşın
Siyasi

İsveçrədən Azərbaycana dəstək

05 Oktyabr 2020

İsveçrə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib.

Bu barədə məlumatı “telejurnal”nun sorğusuna cavab olaraq Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova bildirib.

Səfir Xanım İbrahimovanın İsveçrə Xarici işlər Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüşlərdə İsveçrə XİN-in rəsmiləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı rəsmi mövqeyi ifadə olunub.

Bildirilib ki, Ermənistanın ölkəmizə qarşı başlatdığı son hərbi  təcavüzün və bu təcavüz nəticəsində Azərbaycanın mülki əhalisi və obyektlərinə vurulan zərərlərin qınanılması, erməni yalanlarının ifşa edilməsi istiqamətində keçirilən silsilə görüşlərdə Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsindən sonra Azərbaycana qarşı ciddi provokasiyaların aparılması, Ermənistanın rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə sülh danışıqlarının iflic vəziyyətinə salınması üçün addımların atılması, hazırda Azərbaycanın öz işğal edilmiş torpaqlarının azad edilməsi istiqamətində Ermənistan Silahlı qüvvələrinin təcavüzünün qarşısının alınması, habelə mülki vətəndaşlarımızın qorunması üçün əks-hücum həyata keçirilməsi həmsöhbətlərin diqqətinə çatdırıb.

Bundan əlavə, Ermənistan tərəfindən mülki əhali və obyektlərin məqsədyönlü şəkildə atəşə tutulması və nəticədə çoxsaylı itkilərimizin olmasını qeyd edən səfir beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını vurğulayıb. Bu xüsusda o, dünya birliyi tərəfindən mülki şəxsləri də hədəf alan Ermənistanın hərbi təcavüzünün qınanılmasının vacibliyinə toxunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…