15 baxış
Bu yazını paylaşın
Siyasi

İsveçrədə Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü qeyd edilib

26 May 2023

İsveçrənin paytaxtı Berndə Azərbaycanın Müstəqillik Günü qeyd olunub.

Telejurnal xəbər verir ki, tədbirdə İsveçrə hökumətinin nümayəndələri, diplomatik korpusun rəhbərləri, İsveçrədə fəaliyyət göstərən Azərbaycan diasporunun fəalları və yerli ictimai xadimlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan, İsveçrə və Lixtenşteyn Knyazlığının dövlət himnləri səsləndirilib.

Tədbirdə qonaq qismində iştirak edən və İsveçrədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxışında 1993-cü ildən başlayaraq çətin, eyni zamanda şərəfli və bütün çətinliklərə baxmayaraq, azərbaycanlıları qalib xalqa çevirən dövlətimizin tarixi inkişaf yoluna nəzər salıb.

Nazir, bu ilin may ayında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda da geniş qeyd edildiyini bildirib. Eyni zamanda, müstəqilliyin bərpa olunması dövründə dövlət və xalqımızın üzləşdiyi çağırışları xatırladaraq, əldə etdiyi nailiyyətləri nümunə göstərib və bu işdə Ulu Öndərin müstəsna rolunu diqqətə çatdırıb.

Azərbaycanın İsveçrədəki səfir Fuad İsgəndərov iki ölkə arasındakı qarşılıqlı əlaqələrdən və bu münasibətlərin inkişafı perspektivləri, habelə ölkəmizin Avropa regionu üçün enerji təhlükəsizliyin təminatında artmaqda olan rolundan danışıb.

Tədbirin bədii hissəsi Azərbaycan milli rəqsləri ilə davam etdirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…