24 baxış
Bu yazını paylaşın
Siyasi

İsveçin Baş naziri: “Litvadakı zirvə toplantısından əvvəl NATO-ya üzv olacağımıza təminat yoxdur”

06 İyul 2023

“NATO-nun Litvada keçiriləcək zirvə toplantısından əvvəl alyansa üzv olacağımıza təminat yoxdur”.

Telejurnal  xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson ABŞ Prezidenti Cozef Baydenlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir NATO-ya üzv olmaq üçün əllərindən gələni etdiklərini vurğulayıb: “Ancaq Türkiyə qərarı yalnız özü verə bilər”.

Xatırladaq ki, rəsmi Ankara İsveç hökumətindən terrorçu qruplaşmaların üzvləri və təəssübkeşlərinə sığınacaq verməməsini, onların Türkiyə əleyhinə fəaliyyətinin qarşısını alması kimi şərtlər irəli sürüb. Bu şərtlərə əməl edilməyəcəyi halda Türkiyə bu ölkənin alyansa üzvlüyünü bloklayacaq. Macarıstan da bu məsələdə Türkiyəni dəstəkləyir.

Qeyd edək ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun Zirvə toplantısı keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…