36 baxış
Bu yazını paylaşın
Siyasi

İsveçin Bağdaddakı səfirliyi hücuma məruz qaldı

20 İyul 2023

Ötən gün yüzlərlə nümayişçi Bağdaddakı İsveç səfirliyinin binasına soxulub.

Telejurnal.az  “Reuters”ə istinadən xəbər verir ki, onlar səfirliyi yandırıblar. Mənbə agentliyə bildirib ki, diplomatik missiyanın əməkdaşlarından heç kim xəsarət almayıb. Başqa təfərrüatlar açıqlanmayıb.

Agentlik bildirir ki, Bağdaddakı etiraz aksiyalarını İraqın “Mehdi Ordusu” şiə təşkilatının lideri Müqtəda əs-Sədr təşkil edib. Nümayişlərə səbəb İsveçdə Quranın yandırılması ilə bağlı qarşıda keçiriləcək aksiyadır.

Xatırladaq ki, yanvar ayında isveçli-danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludan İsveçin NATO-ya üzv olmaq planlarını pisləmək üçün Quranı yandırıb. İyunun 28-də İsveçdəki iraqlı qaçqın Qurban bayramı zamanı Stokholmun ən böyük məscidinin qarşısında Quranın bir neçə səhifəsini yandırıb.

Bu il baş verən bu və digər oxşar hərəkətlər müsəlman dünyasında pislənib və İsveçin NATO-ya daxil olması prosesini ləngidib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…