30 baxış
Bu yazını paylaşın
Mədəniyyət

İsveç təmsilçisi Lorin Bakıdakı uğurunu 11 il sonra təkrarlayaraq “Avroviziya 2023”ün qalibi oldu

14 May 2023

İsveç Böyük Britaniyanın Liverpul şəhərində keçirilən “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub.

Telejurnal  xəbər verir ki, İsveçi məşhur ifaçı Lorin “Tattoo” mahnısı ilə təmsil edib.

Tamaşaçılar və münsiflər heyəti Skandinaviya nümayəndəsinə ümumilikdə 583 bal veriblər.

Beləliklə, İsveç artıq 7-ci dəfə Avropanın əsas mahnı müsabiqəsinin qalibi olub. Lorin isə müsabiqədə iki dəfə qalib gələn ilk qadın olub. Daha öncə o, 2012-ci ildə Bakıda keçirilən müsabiqədə birinci olmuşdu.

Azərbaycanlı tamaşaçılar Estoniyaya 1, Ukraynaya 2, Finlandiyaya 3, İsveçrəyə 4, Avstraliyaya 5, İtaliyaya 6, İspaniyaya 7, Albaniyaya 8, İsveçə 10 xal veriblər. Maksimum olan 12 xalı isə İsrail təmsilçisinə layiq görüblər. Azərbaycanın ballarını İctimai TV-nin aparıcısı Nərmin Salmanova elan edib.

Xatırladaq ki, Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edib, lakin onlar yarışmanı yarımfinalda başa vurublar.

Qeyd edək ki, Azərbaycanda müsabiqəni İctimai TV yayımlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…