53 baxış
Bu yazını paylaşın
Dünya

İsveç Quranın yandırılmasından sonra sərhəd nəzarətini gücləndirib

02 Avqust 2023

İsveç hökuməti polisə axtarış etmək üçün daha böyük səlahiyyətlər verməklə daxili təhlükəsizlik və sərhəd nəzarətini müvəqqəti olaraq artıracaq.

TELEJURNAL    xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Son həftələr İsveçdə Quranın yandırıldığı və ya başqa bir şəkildə təhqir olunduğu bir neçə etiraz aksiyası keçirilib. Bu, ölkənin müsəlman dünyası ilə münasibətlərində gərginliyə səbəb olub.

İyulun 31-də 57 ölkədən ibarət İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclasda son hadisələri müzakirə edərək Quranın yandırılmasını kəskin şəkildə pisləyib. Təşkilat üzv ölkələri Quranın təhqir olunduğu ölkələrdə müvafiq siyasi və ya iqtisadi tədbirlər görməyə çağırıb.

İsveç hökuməti bəyan edib ki, söz azadlığı ilə bağlı qanunlara köklü dəyişikliklər nəzərdə tutulmur. Bununla belə, parlamentarilər Quranın açıq şəkildə yandırılması ilə müşayiət olunan aksiyaların qanunvericiliklə məhdudlaşdırılması imkanlarını öyrənirlər.

İyulun 20-də İraqda yüzlərlə etirazçı Stokholmda Quranın təhqir olunmasına etiraz olaraq İsveçin Bağdaddakı səfirliyinə basqın edərək onu yandırıblar. İraq hökuməti bu cür hərəkətləri pisləyib, lakin Skandinaviya ölkəsinin səfirinə Bağdadı tərk etməyi əmr edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…