20 baxış
Bu yazını paylaşın
İdman

İsveç Futbol Federasiyası Azərbaycanla oyundakı erməni təxribatına görə cərimələnib

15 May 2023

UEFA İsveç Futbol Federasiyasını (SvFF) cərimələyib.

 

“Telejurnal”ın məlumatına görə, buna Stokholmda sözügedən ölkənin yığması ilə Azərbaycan millisi arasında keçirilmiş AVRO-2024-ün seçmə mərhələ oyununda erməni azarkeşlərin təxribata cəhd etmələri səbəb olub.

 

“Friends Arena”dakı matçın gedişində İsveçdə yaşayan erməni fanatlar separatçı qruplaşmaların bayrağını qaldırmağa çalışsalar da, bunun qarşısı dərhal yerli polis tərəfindən alınıb. Yaranan kiçik çaxnaşmaya baxmayaraq, təxribatçılar hadisə yerindən uzaqlaşdırılıblar.

 

Məsələni araşdıran UEFA təxribat xarakterli siyasi mesajlara görə SvFF-yə 5 000 avro cərimə kəsib.

 

Qeyd edək ki, İsveç – Azərbaycan oyunu meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…