30 baxış
Bu yazını paylaşın
Siyasi

İsveç azərbaycanlıları hökuməti və parlamenti Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırıb

24 Fevral 2022

İsveçdə yaşayan soydaşlarımız Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ölkə hökumətinə və Xarici işlər Nazirliyinə müraciət ediblər.

Bu barədə “TELEJURNAL” Report-a istinadən xəbər verir.

İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzoyevin imzası ilə ölkənin Baş naziri Maqdalena Andersona və xarici işlər naziri Ann Lindeyə ünvanlanan müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etdiyi və məhz azərbaycanlı olduqlarına görə dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla soyqırımı törətdiyi barədə ətraflı məlumat verilib. Nəzərə çatdırılıb ki, dəhşətli qətliam zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Xalqımızın insanlığa zidd bu dəhşətli faciəni heç bir zaman unutmayacağı, haqq səsimizi dünyaya çatdırmağa, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasına çalışdığı, 2008-ci ildən isə bu fəaliyyətin “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət aldığı vurğulanıb.

Hazırda Xocalı soyqırımının bir sıra ölkələr tərəfindən tanındığına diqqəti cəlb edən soydaşlarımız İsveç hökumətini və parlamentini Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…