26 baxış
Bu yazını paylaşın
Dünya

“İstanbulu qazanmağa hazırıqmı?” – Ərdoğan

28 May 2023

“2024-cü ildə bələdiyyə seçkilərində həm Üsküdarı, həm də İstanbulu qazanmağa hazırıqmı?”.

“Telejurnal” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkidə yüksək səs toplaması ilə bağlı xalqa müraciəti zamanı deyib.

“Allaha şükür edirəm. Mənə sizin kimi yoldaşlar bəxş etdiyi üçün təşəkkür edirəm. Hər bir qələbəmizi sizinlə birlikdə qeyd edəcəyik. İndi qarşıda bizi 2024-cü il gözləyir. Nə demək istədiyimizi bilirsiniz, hə? 2024-cü ildə bələdiyyə seçkilərində həm Üsküdarı, həm də İstanbulu qazanmağa hazırıqmı? Buna görə də dayanmayın, çox çalışacağıq. Bu dəqiqə polisə dedim ki, mənim Kısıklı meydanında neçə vətəndaşım var? Nömrənin nə olduğunu bilirsinizmi? 55 min… Seçkilər gəlir, gedir, əsas odur ki, ölkəmiz öz məqsədlərindən dönməsin. Millətimizin birliyini, həmrəyliyini qorumaqdır. Bugünkü seçkilərin ən böyük mesajı budur. Seçkilərin nəticələri bir daha göstərdi ki, heç kim bu ölkənin uğurlarına tamah sala bilməz”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunun hazırda olan nəticələrinə əsasən Rəcəb Tayyib Ərdoğan qalibdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…