28 baxış
Bu yazını paylaşın
Dünya

İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzinin rəsmi açılışı olub.

27 İyul 2022

Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzinin rəsmi açılışı olub.

 TELEJURNAL. az AZƏRTAC -a istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar mərkəzdə Türkiyə Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla, hər bir tərəfdən beş nümayəndənin olacağını bildirib. Deyib ki, Qara dənizdən gələn ticarət gəmilərinin qeydiyyatı və müşayiət edilməsi mərkəz tərəfindən idarə olunacaq.

Nazir dəhlizin 25 milyon tondan çox taxılın təhlükəsiz daşınması baxımından zəruriliyini vurğulayıb.

Qeyd edilib ki, mərkəzin vəzifəsi Ukraynadan ixrac olunacaq taxıl və müvafiq ərzaq məhsullarının Odessa, Çernomorsk və Yuzni limanlarından dənizlə təhlükəsiz daşınmasını təmin etməkdir. Bu mərkəz təşəbbüsə daxil olacaq ticarət gəmilərinin qeydiyyatını və monitorinqini həyata keçirəcək, kommersiya gəmilərinin yola çıxmasına rabitə vasitələri ilə texniki nəzarət edəcək, bütün fəaliyyətini tərəf ölkələri və BMT ilə razılaşdırmaqla həyata keçirəcək. Gəmilər Ukrayna limanlarında yükləndikdən sonra və Türkiyə limanlarına çatdıqdan sonra uyğun hesab edilən yerlərdə birgə təftiş qrupları tərəfindən yoxlanılacaq. Minatəmizləmə ehtiyacı yaranarsa, tərəflərin razılaşdırdığı kimi, planlaşdırma aparılacaq.

İmzalanan sənəd 120 gün müddətində qüvvədə olacaq. Tərəflər xitam tələb etmədikcə davam edəcək və yenilənəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…