65 baxış
Bu yazını paylaşın
Dünya

İstanbulda “Səninləyik, Azərbaycan!” aksiyası keçirildi

02 Oktyabr 2020

Türkiyənin İstanbul şəhərində “Səninləyik, Azərbaycan, səninləyik, Qarabağ!” şüarı ilə Azərbaycana dəstək aksiyası keçirilib.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutan aksiyada hər iki ölkənin ictimai, mədəniyyət xadimləri, Türkiyədə yaşayan həmvətənlərimiz, burada fəaliyyət göstərən qurumların əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Ölkəmizin İstanbuldakı Baş Konsulluğunun qarşısına toplaşan aksiya iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıblar, “Səninləyik, Azərbaycan!”, “Qarabağa Azadlıq!”, “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı” və sair şüarları səsləndiriblər.

Aksiyada çıxış edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu bildirib ki, 28 ildir haqsız yerə işğal edilən torpaqlarımızın azad edilməsinə başlanılması bütün türk millətini həyəcanlandırıb:

“28 ildir qanunsuz şəkildə bölgədə qeyri-sabitlik yaradan, Xocalı soyqırımı daxil olmaqla, qətliamlar törədərək minlərlə günahsız insanı vəhşicəsinə qətlə yetirən, beynəlxalq hüququ heçə sayaraq tərəfdarlarından aldığı dəstəklə Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanı sərt şəkildə qınayırıq. Bölgədə sıxışıb qalan, iqtisadi və siyasi problemlər yaşayan Ermənistan Azərbaycana hücum etməklə öz aləmində çıxış yolu tapmaq istədi. Buna cavab olaraq Azərbaycan müdafiə hüququndan istifadə edərək işğal olunmuş əraziləri geri qaytarmaq üçün hərəkətə keçib.

Azərbaycan dövlətinin bu təşəbbüsünü tam dəstəkləyirik. Bəzi güclərə arxalanan Ermənistan bölgədə sülhün bərqərar olması üçün Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. 83 milyonluq Türkiyə xalqı və 300 milyonluq türk dünyası olaraq Azərbaycanın haqlı mübarizəsində sonadək qardaşlarımızın yanındayıq. Türk millətinin səbri daşıb, “Bəsdir artıq!” deyirik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…