41 baxış
Bu yazını paylaşın
Siyasi

İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib

28 Noyabr 2021

Noyabrın 28-də İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü münasibətilə tədbir keçirilib.

Türkiyə fəaliyyət göstərən bir çox dərnək və ictimai birliklərin təşkilatçılığı, İstanbulun Maltepe Bələdiyyəsinin dəstəyi ilə baş tutan tədbirdə Vətən müharibəsi qaziləri, Türkiyə qaziləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, qardaş ölkənin təqaüddə olan yüksək rütbəli hərbiçiləri və digərləri iştirak ediblər.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, tədbirdə əvvəl hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad olunub.

Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztekin moderatorluğu ilə keçirilən paneldə çıxış edən Qənirə Paşayeva, Emin Həsənli, Türkiyənin təqaüddə olan generalı Osman Qazi Kandemir, Şimali Kipr Türk Cümhuriyyətinin Ankaradakı sabiq səfiri Ahmet Zeki Bulunç otuz ilə yaxın erməni işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsinin tarixi, işğal dövrü ərzində bu ərazilərdə törədilən vandalizm aktları, əsrlər boyu ermənilərin azərbaycanlılara, o cümlədən türklərə qarşı törətdikləri soyqırımı aktları haqqında məlumat verib, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı Zəfərdən danışıblar.

Bildirilib ki, erməni işğalı altında olan Azərbaycan torpaqları, o cümlədən ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhəri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında cəsur hərbçilərimizin qəhrəmanlığı sayəsində azad edilib.

Cari il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi haqqında danışan çıxışçılar bu tarixi sənədin gələcək nəsillərə yol göstərdiyini vurğulayıblar.

Türkiyə-Azərbaycan münasibətləri haqqında danışan natiqlər hər iki qardaş ölkənin tarixin bütün dövrlərində bir-birinə dəstək olduğunu, dünyada analoqu olmayan bu qardaşlığın “bir millət, iki dövlət” prinsipi əsasında qurulduğunu qeyd ediblər.

Tədbir çərçivəsində ikinci Qarabağ müharibəsi və şanlı Zəfərimizi əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.

https://azertag.az/xeber/Istanbulda_sanli_Zeferimizin_birinci_ildonumu_munasibetile_tedbir_kechirilib-1937586

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…