37 baxış
Bu yazını paylaşın
Siyasi

İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqları baş tuta bilər

10 İyul 2023

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndələri arasında sülh danışıqları gözlənilir.

Telejurnal  xəbər verir ki, bunu “Yeni Şafak”a hərbi mənbələr bildirib.

Qeyd olunub ki, indiki durumda rəsmi Moskvanın başqa yerdə danışıqlara razılıq verməsi mümkün deyil: “Türkiyə hər iki tərəflə danışa bilən yeganə ölkədir. Bu, ehtimal edilən razılığın İstanbulda əldə olunmasına dair ehtimalı artırır”.

Mənbə söyləyib ki, rəsmi Ankara da Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik və ev sahibliyi etməyə isti yanaşır: “Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri bu prosesin Türkiyənin liderliyi ilə sürətli şəkildə baş tuta biləcəyinə işarədir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Rəsmi Ankara savaşın ilk günlərindən etibarən tərəflər arasında vasitəçi olmağa çalışır.

2022-ci il iyulun 22-də Türkiyənin və BMT-nin vasitəçiliyi ilə tərəflər arasında “Taxıl sazişi” imzalanıb. Bu razılığın nəticəsində indiyədək dünya ölkələrinə 312 milyon taxıl daşınıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 8-də Türkiyəyə səfər edib.

Avqust ayında isə Rusiya lideri V.Putinin həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…