288 baxış
Bu yazını paylaşın
Siyasi

İstanbulda Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş keçirilib

29 Yanvar 2022

Yanvarın 29-da İstanbulda Vətən müharibəsi və daha əvvəl Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş keçirilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, ölkəmizin İstanbuldakı baş konsulluğu, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Qars-Ərdahan-İğdır İnkişaf Vəqfinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Mərasimdə Qars Anlaşmasının 100-cü ildönümü perspektivləri, Türkiyə-Azərbaycan əməkdaşlığı, Şuşa Bəyannaməsi və Zəngəzur dəhlizi başda olmaqla, Ermənistanla normallaşma dövrü kimi bir sıra mövzularda müzakirələr aparılıb.
Tədbirdə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, QHT-lərin, siyasi partiyaların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə Azərbaycan musiqisindən nümunələr səsləndirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…