26 baxış
Bu yazını paylaşın
Dünya

İstanbulda beynəlxalq taxıl birjası yaradıla bilər.

25 İyul 2022

İstanbulda imzalanan “ərzaq sazişinin” uğurla həyata keçirilməsi bu şəhərdə beynəlxalq taxıl birjasının yaradılmasına imkan verə bilər.

 TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Türkiyə mediası həmin sahənin nümayəndələrinə istinadla məlumat yayıb.

Kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə ixracına dair müqavilələrin imzalanması İstanbulu buğdanın qiymətinin formalaşacağı aparıcı dünya mərkəzlərindən biri olmasına şərait yaradır. Ekspertlərin fikrincə, dünya taxıl bazarında Ukrayna və Rusiyanın payının 30 faiz təşkil etdiyi nəzərə alınsa, bu planların həyata keçirilməsi kifayət qədər real gürünür.

Qeyd edək ki, iyulun 22-də İstanbulda ərzaq və gübrə məhsullarının dünya bazarlarına tədarükü probleminin həli üçün sənədlər paketi imzalanıb. BMT və Rusiya arasında imzalanan memorandum təşkilatın Moskvaya qarşı qəbul edilən, kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına maneə yaradan məhdudiyyətlərin aradan qaldırılmasına çalışdığını təsdiqləyir.

İmzalanan digər sənəd isə Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini müəyyən edir. Bu məsələ ilə bağlı Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanan saziş dördtərəfli koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…