65 baxış
Bu yazını paylaşın
Dünya

İsraildə koronavirusun yeni dalğası başlayıb

20 İyun 2022

Bakı, 19 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verirki.

İsrail Səhiyyə Nazirliyi ölkədə koronavirusun yeni, yeddinci dalğasının başladığını bəyan edib.

İsrail istinadla xəbər verir ki, xəstəxanalarda koronavirus şöbələri yenidən açılır, karantin tədbirlərinin sərtləşdirilməsi istisna olunmur.

Yerli newsru.co.il portalı Səhiyyə Nazirliyinə istinadla yazır ki, hazırda 47 min nəfər COVID-19 virusuna yoluxub, 572 nəfər xəstəxanaya yerləşdirilib, qalanları isə ev şəraitində müalicə olunur. Pandemiyanın başlanğıcından bəri İsraildə 4,2 milyondan çox yoluxma halı aşkarlanıb, yoluxanlardan 10,8 min nəfəri həyatını itirib.

Portalın məlumatına görə, Səhiyyə Nazirliyi hələlik qapalı məkanlarda və ictimai nəqliyyatda maska rejiminə qayıtmaqda israr etmir, lakin sakinlərə hər halda maska taxmaq tövsiyə olunur. Ölkədə xəstəxanalarda, poliklinika və apteklərdə, yaşlı insanların olduğu müəssisələrdə maskadan istifadə məcburidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…