62 baxış
Bu yazını paylaşın
Siyasi

İsrail səfiri ermənilərin dinc əhaliyə qarşı şiddətini pislədi

16 Oktyabr 2020

“Dinc əhaliyə qarşı şiddət və təhdid qəbulolunmazdır”. “Telejurnal” xəbər verir ki, bunu Prezident Administrasiyasının rəsmiləri ilə görüşdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik qeyd edib. 

Görüş zamanı diplomatik nümayəndəliyin rəhbərinə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları, Azərbaycanın işğal altında olmayan şəhər və rayonlarının məqsədyönlü şəkildə artilleriya və raketlərdən atəşə tutulması, dinc əhaliyə qarşı törədilmiş əməllər haqqında geniş məlumat verilib, baş verənlərə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməsinin vacibliyi vurğulanıb.

Səfir mülki insanların ölümü ilə nəticələnən hücumların narahatlıq doğurduğunu qeyd edib. “Biz dinc əhalinin hədəfə alınmasını qətiyyətlə pisləyirik. Gəncə, Mingəçevir, Bərdə, Tərtər və bir sıra şəhər və rayonların raket və ağır artilleriyadan intensiv atəşə tutulmasına, insanların, o cümlədən uşaqların yaralanmasına və həlak olmasına gətirib çıxaran son hadisələrdən çox təsirləndik. Baş vermiş faciə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.”

İsrail xalqının dost Azərbaycan xalqı ilə hər zaman həmrəy olduğunu söyləyən səfir Corc Dik İsrail Dövlətinin Azərbaycana humanitar yardımın göstərilməsinə hazır olduğunu bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…