21 baxış
Bu yazını paylaşın
Siyasi

İsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışlayıb

11 Mart 2022

İsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışlayıb.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində yazıb.

“Azərbaycanın müxtəlif bölgələrində yerləşən xəstəxanalara 1 tondan çox tibbi ləvazimat bağışladıq. Çünki İsrail və Azərbaycan dostdur və biz bir-birimiz üçün ən yaxşısını istəyirik”, – diplomat bildirib.

Səfir vurğulayıb ki, İsrail öz dostları ilə əməkdaşlığa önəm verir: “İsrail-Azərbaycan tərəfdaşlığı inkişaf etməkdə davam edir və xatırlayırıq ki, həyat tərzimizi yaxşılaşdırdıqca ilk növbədə həyatın qayğısına qalmalıyıq. İsrail ictimai səhiyyədə – pandemiyalarla mübarizədə və insanların rifahının real yaxşılaşdırılmasında dünya lideridir. Biz dostlarımızla birlikdə işləməyə hər zaman hazırıq. Çünki hamımızın anaları, ataları və övladları var və onlar ən yaxşısına layiqdirlər. Azərbaycan xalqı bizim üçün önəmlidir. Çünki biz dostuq və bir-birimizin qayğısına qalırıq. Bu gün mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində biz Azərbaycana 1 tondan çox tibbi avadanlıq bağışlayırıq. Bu, sizə, dostlarımıza, Azərbaycan xalqına xidmət etmək üçün ölkədəki xəstəxanalara paylanılacaq. Sizə və ailənizə hər zaman sağlam olmağı arzu edirik”.

Səfir tibbi ləvazimatları səhiyyə nazirinin müavini Nadir Zeynalova təqdim edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…