45 baxış
Bu yazını paylaşın
Müsahibə

İsrail-Azərbaycan münasibətləri iki dost ölkənin münasibətləridir-Hikmət Məmmədov

13 İyul 2023

“İsrail-Azərbaycan münasibətləri iki dost ölkənin münasibətləridir. Azərbaycanın tarix və beynəlxalq münasibətlər sistemi qarşısında verdiyi imtahan zamanı, yəni İkinci Qarabağ savaşı adlandırdığımız Vətən müharibəsində İsrail Azərbaycana öz dostluq mövqeyini bir daha nümayiş etdirib”.

Bunu İsrailin müdafiə naziri Yoav Qallantın ölkəmizə səfəri barədə danışarkən Milli Məclisin deputatı Hikmət Məmmədov  deyib.

Onun sözlərinə görə, səfər iki ölkənin və xalqlarının maraqlarının nə qədər üst-üstə düşməsindən xəbər verir:

“Biz bilirik ki, İsrail bu gün beynəlxalq münasibətlərin ən vacib faktorlarından biridir. Müxtəlif sahələrdə o cümlədən yeni innovativ texnologiyalar, hərbi sənaye sahəsində dünyada tanınmış ölkələrdən biridir. Azərbaycanın milli maraqları onu tələb edir ki, öz təhlükəsizliyi üçün bu ölkə ilə çox sıx münasibətlər saxlasın, əlaqələr yaratsın”.

Deputat bildirib ki, İsrail və Azərbaycanın ortaq maraqlarını ifadə edən çoxsaylı səbəblərdən biri də Azərbaycanda tarixən yəhudilərin yaşaması və vaxtilə Azərbaycandan köç edərək İsraildə yaşayan Azərbaycan vətəndaşı olmuş çoxsaylı yəhudilərin İsraildə yaşamasıdır. Bu da ölkələr arasında körpü yaradır:

“Düşünürəm ki, bu səfər də özlüyündə məhz hazırkı yeni reallıqlar və yeni çağırışlar kontekstində İsrail- Azərbaycan münasibətlərinin daha da dərinləşməsi və genişləndirilməsi mahiyyəti daşıyacaq. Ona görə də bu səfər yüksək qiymətləndirilir. Əminik ki, hər iki ölkənin maraqları kontekstində mühüm irəliləyişlərə gətirib çıxaracaqdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…