45 baxış
Bu yazını paylaşın
Dünya

İspaniyada həkimlər tətilə başlayıb

27 Oktyabr 2020
İspaniyada həkimlər tətilə başlayıb

İspaniyada tibb işçilərinin ümumi tətili başlayıb.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, Dövlət Tibbi İttifaqlar Konfederasiyasının (CESM) İcraçı Komitəsinın çağırışı ilə hər ayın son çərşənbə axşamı günü ölkənin bütün tibb işçiləri tətilə çıxacaqlar.

Buna səbəb səhiyyə ocaqlarında müstəsna olaraq qeyri-tibb işçilərini işə qəbul etməyə imkan yaradan krallıq fərmanının təsdiqi olub. CESM-ə görə, belə bir qayda müxtəlif idarələr tərəfindən yeridilən insan ehtiyatları idarəçiliyi siyasətinin fəlakətə uğraması, milli səhiyyə sistemində istər xəstələrin müalicəsi, istərsə də peşə fəaliyyəti üçün şərtlərin təhlükəyə düçar olmasına gətirib çıxaracaq.

Təşkilatçılar tətildən vaz keçmək üçün dialoq təşəbbüsü kimi səhiyyə naziri Salvador İlya ilə görüşmək təklifi irəli sürüblər.

“El Mundo” xəbər verir ki, tətildə 150 minədək həkim iştirak edə bilər.

Xatırladaq ki, pandemiya dövründə 1,1 milyionadək sakinin koronavirusa yoluxduğu, bunlardan 35 mininin öldüyü İspaniyada oktyabrın 25-dən xüsusi hazırlıq rejimi tətbiq edilib və gələn il may ayının sonunadək davam edəcəyi gözlənilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…