48 baxış
Bu yazını paylaşın
Siyasi

İspandilli mətbuat Azərbaycan tərəfindən Ermənistana 10 hərbi qulluqçunun təhvil verilməsindən yazır

20 Dekabr 2021

İspaniyanın EFE xəbər agentliyi, beynəlxalq SWI (İsveçrə İctimai Teleradioyayım Korporasiyası) onlayn-platformanın ispandilli versiyası “swissinfo.ch” və “holanews.com” “Bakı sərhədyanı ərazidə tutulan 10 hərbi qulluqçunu Yerevana təhvil verib” sərlövhəli məqalə dərc ediblər.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, ispandilli mətbuat Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadla Ermənistan silahlı qüvvələrinin noyabrın 16-da dövlət sərhədi istiqamətində təxribat törədərək tutulan 10 erməni hərbçinin Bakı tərəfindən Yerevana təhvil verilməsindən yazır.

Materiallarda vurğulanır ki, tutulan hərbçilərin təhvil verilməsi Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldə dekabrın 14-də təşkil olunan üçtərəfli görüşün nəticəsi olaraq həyata keçirilib.

Qeyd olunur ki, dekabrın əvvəlində mina xəritələrinin müqabilində Azərbaycan Kəlbəcər rayonunda döyüşlər zamanı tutulan 10 erməni hərbi qulluqçunu da azad edib.

https://azertag.az/xeber/Ispandilli_metbuat_Azerbaycan_terefinden_Ermenistana_10_herbi_qulluqchunun_tehvil_verilmesinden_yazir-1956256

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…