23 baxış
Bu yazını paylaşın
Siyasi

İspandilli mətbuat: Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqına qaz təchizatını ikiqat artıracaq.

19 İyul 2022

İspaniyanın EFE informasiya agentliyi, “20minutos” xəbər portalı, İsveçrə İctimai Teleyayım Korporasiyasının beynəlxalq onlayn platformasının (SRG SSR) ispandilli versiyası olan “SWI swissinfo.ch”, İspaniyada cari hadisələr barədə ilk çoxsahəli portal olan “profesionaleshoy.es”, Latın Amerikasının “entornointeligente.com” xəbərlər portalı Azərbaycanın Rusiya qazına alternativ axtarışında olan Avropa İttifaqına qaz nəqlinin 2027-ci ilə qədər ikiqat artıracağı barədə məqalələr dərc ediblər.

 TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, həmin məqalələrdə iyulun 18-də Bakıda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası ilə Avropa Komissiyasının timsalında Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlığa dair qarşılıqlı anlaşma memorandumu” imzalanmasından bəhs edilir.

İspandilli mətbuat yazır ki, Aİ üzvü olan 27 ölkənin öz təchizatçılarını şaxələndirmək səyləri fonunda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına qaz nəqlinin həcmini 2027-ci ilə qədər ikiqat artıraraq 20 milyard kubmetrə çatdıracaq. Beləliklə, Rusiyadan qaz idxalı azalacaq və Avropanın qaz ilə təhlükəsiz təchizatına ciddi töhfə veriləcək.

EFE agentliyi Ursula fon der Lyayenin bu sözlərini sitata gətirir: “Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik”.

Avropa Komissiyası rəhbərinin sözlərinə görə, Azərbaycan həqiqətən Aİ üçün mühüm və etibarlı tərəfdaşdır.

İspandilli nəşrlər qeyd edirlər ki, Anlaşma Memorandumu Aİ üzvü olan 12 ölkəyə Rusiyadan qaz verilişi tamamilə və ya qismən dayandırılandan sonra imzalanıb.

Nəşrlərdə Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri sitat gətirir: “3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…