27 baxış
Bu yazını paylaşın
Siyasi

İspan nəşri 15 İyun – Milli Qurtuluş Günü barədə məqalə dərc edib

16 İyun 2022

15 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

İspaniyanın “galiciadigital.com” xəbər portalında “Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur” sərlövhəli məqalə dərc edilib.

məqalədə 15 İyun – Milli Qurtuluş Gününün tarixi və siyasi əhəmiyyətinə görə Azərbaycan tarixinə qızıl hərflərlə yazılması diqqətə çatdırılıb.

İspaniya nəşri qeyd edir ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xarici və daxili siyasətdə böyük problemlərlə üzləşib. Bu çətin vaxtlarda Azərbaycan xalqının tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıdıb və 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Bu, Azərbaycan tarixində dönüş nöqtəsi, xalqın böyük qurtuluşu yolunda mühüm addım idi.

“galiciadigital.com” yazır ki, Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu dövrdə qısa müddətdə siyasi və iqtisadi sabitlik əldə edilib. Müstəqil və demokratik dövlət quruculuğunu, onun təhlükəsizliyinin və sərhədlərinin toxunulmazlığının təminatlarını, beynəlxalq əlaqələrin qurulmasını və dünya birliyinə inteqrasiyasını, iqtisadi sahədə islahatları əhatə edən milli tərəqqi strategiyası hazırlanıb.

İspaniya xəbər portalı 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış və iqtisadi sabitliyin təmin edilməsi və ölkənin ardıcıl uğurlarının təməlinin qoyulması üçün həlledici əhəmiyyətə malik “Əsrin müqaviləsi” haqqında da məlumat verir. Azərbaycanın rolu artırdı, çünki ölkə nəinki yeni karbohidrogen mənbələrinə çıxışı açdı, həm də resursların beynəlxalq bazarlara nəqli üçün alternativ marşrut təklif etdi. “galiciadigital.com” yazır ki, bu, Xəzər-Qara dəniz regionunda Azərbaycanı regional liderinə çevirən yeni geosiyasi ssenarinin yaranmasına səbəb olub.

Qeyd edilir ki, siyasi sabitlik, iqtisadi islahatlar, Azərbaycanın Avropa Şurasına daxil olması, insan hüquqlarının həyata keçirilməsini təmin edən Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu, mətbuat azadlığı – bütün bu faktlar ümummilli lider Heydər Əliyevin qətiyyətli siyasi fəaliyyətinin nəticəsidir.

İspan nəşri vurğulayır ki, Ümummilli Liderin rəhbərliyi ilə əldə olunan uğurlar ölkədə gələcək nailiyyətlərin əsasını qoyub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…