69 baxış
Bu yazını paylaşın
İctimai

İsmayıllıda sel suları evlərə, obyektlərə ciddi ziyan vurub

06 İyun 2023

İsmayıllıda sel evlərə, turizm obyektlərinə ciddi ziyan vurub.

Telejurnal xəbər verir ki, bu gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan güclü leysan bir sıra fəsadlar törədib.

Sel suları xüsusən rayonun şimal hissəsindəki Gəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində təsərrüfatlara ciddi ziyan vurub. Sel evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları basıb, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib, İsmayıllı şəhərindən Lahıc qəsəbəsinə gedən yol bağlanıb.

Hazırda rayona yağış yağır, sel axını davam edir. Əhaliyə dəyən ziyanın məbləği İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən dəqiqləşdirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…