35 baxış
Bu yazını paylaşın
Cəmiyyət

İsmayıllıda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

12 İyun 2023

Bu gün saat 15 radələrində İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində “VAZ-2107” markalı avtomobilin sürücüsü Şaiq Seyidovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan sərnişinlər, Şamaxı regional Mühafizə Şöbəsinin mülki əməkdaşları Yalçın Nurəhmədli və Asiman Seyidov xəsarət alıblar.

Xəstəxanada Y. Nurəhmədliyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, Asiman Seyidovun isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, avtomobili idarə edən mülki şəxs olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…