120 baxış
Bu yazını paylaşın
İctimai

İsmayıllıda 15 tonadək süfrə üzümü yığılıb

04 Avqust 2022

İsmayıllı rayonunda üzüm yığımına başlanılıb və qısa vaxtda 15 tonadək süfrə üzümü toplanıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, məhsul yığımı hazırda Kürdmaşı və Aşıqbayramlı inzibati ərazi dairələrində “Aspiland” MMC-yə məxsus plantasiyalarda, habelə fiziki şəxslərə məxsus bağlarda aparılır. İlkin olaraq daha tez yetişən “prima” və “kardinal” süfrə sortlu üzüm yığılır. Məhsul yığımı üçün hər gün sahələrə 50 nəfərə yaxın işçi qüvvəsi çıxır. Yığılan süfrə üzümü birbaşa yerli bazarlara çıxarılır.

Qeyd edək ki, üzümçülük İsmayıllıda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda bölgədə 1096,3 hektar üzüm bağı var ki, bunun da 1006 hektarı bar verəndir. Cari mövsümdə plantasiyalarda bol məhsul yetişdirilib. Mütəxəssislər 10 min tonadək məhsulun istehsal olunacağını proqnozlaşdırırlar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…