205 baxış
Bu yazını paylaşın
İctimai

İslamiada: Azərbaycan ağırlıqqaldırmada ilk medalını qazanıb

11 Avqust 2022

Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, 24 yaşlı atlet iki hərəkətin cəmində 121 kq nəticə göstərib.

O, birdən 54 kq, təkanla isə 67 kq ağırlığın öhdəsindən gəlib. Azərbaycan idmançısı hər iki hərəkətdə də kiçik bürünc medallara layiq görülüb.

İndoneziyalı Hariron Siti Nafisatul 159 kq (71 + 88) nəticə ilə qızıl, türkiyəli Cansu Bektaş 151 kq (65 + 86) gümüş medala yiyələnib.

Yarış gərgin mübarizə şəraitində keçib. Nafisatul təkanla 88 kq ağırlığı qaldırdıqdan sonra ştanqı yerə elə çırpıb ki, körpücük üzərindəki kameranın şüşələri qırılıb. Bektaş isə 89 kq ağırlığı qaldırmaq istəyərkən, ştanqın öhdəsindən gələ bilməyib və onu irəli atmalı olub.

Qeyd edək ki, Nazilə İsmayılova Azərbaycana ağırlıqqaldırma növündə ilk, ümumilikdə isə 14-cü medalı qazandırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…