225 baxış
Bu yazını paylaşın
Siyasi

“İslamabad Bəyannaməsi”ndə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə dəstək ifadə olunub

25 Mart 2022

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının martın 22-23-də Pakistanda keçirilmiş 48-ci sessiyasında qəbul olunmuş “İslamabad Bəyannaməsində” Azərbaycanın işıqladan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə dəstək ifadə olunub.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə yazılıb: “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında silahlı münaqişənin sona çatmasını alqışlayan İƏT-in xarici işlər nazirləri Ermənistanın təcavüzündən ciddi zərər çəkmiş işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması səylərində Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduqlarını bir daha təsdiq etdilər. Bu işlər məcburi köçkünlərin tezliklə təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasına imkan yaratmaq məqsədi daşıyır”.
Yetmiş bənddən ibarət olan “İslamabad Bəyannaməsi”ndə, həmçinin Fələstin və Cammu və Kəşmir problemlərinin BMT-nin Nizamnaməsi çərçivəsində həlli, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq, münaqişələrin sülh yolu ilə nizama salınması kimi müddəalar yer alıb. Sənəddə qeyd olunub ki, Fələstin və Qüds Əl-Şərif problemi müsəlmanlar üçün mühümdür və bu məsələ Fələstin Dövlətinin 1967-ci il sərhədləri çərçivəsində suverenliyinin bərpa olunması ilə nizama salınmalıdır. Cammu və Kəşmir problemi də BMT Təhlükəsizlik Şurası və İƏT-in qətnamələrinə uyğun şəkildə həllini tapmalıdır. İƏT, həmçinin Hindistan hökumətinin bu ərazilərdə 2019-cu ilin avqustundan bəri həyata keçirdiyi qanunsuz məskunlaşma siyasətini pisləyir.
İƏT xarici işlər nazirləri husi qiyamçılarının Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı terror hücumlarını da pisləyib, Afrikanın Sahil regionunda quraqlıq və silahlı münaqişələr nəticəsində yaranmış humanitar fəlakətlə bağlı bu ölkələrə dəstəyini ifadə ediblər.
“İslamabad Bəyannaməsi”ndə Ukrayna ətrafında yaranmış böhranın da BMT Nizamnaməsinə uyğun, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə əməl edilməsi çərçivəsində həllinin vacibliyi vurğulanıb. Sənəddə İƏT ölkələrinin bu məsələdə vasitəçi qismində çıxış etmək niyyəti, habelə Əfqanıstanda vəziyyət, Rohinca müsəlmanlarının hüquqları, İslamofobiya ilə mübarizəyə aid müddəalar da öz əksini tapıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…