104 baxış
Bu yazını paylaşın
Müsahibə

“İslama maraq qlobal gücləri narahat edir”-İlyas Hüseynov

31 İyul 2023

“Son dövlər Qurani-Kərimin yandırılması geniş vüsət alıb. Təəssüf doğuran məqam ondan ibarətdir ki, İsveç və Danimarkada bəzən polis də bu cinayətlərə şərik olur, dövlət də müvafiq şərait yaradır. Bu, tamamilə yolverilməzdir”. Bu sözləri politoloq İlyas Hüseynov   Telejurnal-a  açıqlamasında deyib.

“Digər tərəfdən, artıq İslam Əməkdaşlıq Təşkilatı Qurani-Kərimə edilən hücumları müzakirə etmək üçün onlayn iclas keçirəcəkdir. Fikrimcə, müsəlman dövlətlərini vahid ideya ətrafında birləşdirmək və müqəddəs kitabımıza qarşı bu aramsız hücumların qarşısını almaq üçün yaxşı nəticələrə gətirib çıxaracaqdır. Azərbaycan da daxil olmaqla, bir sıra dövlətlər Qurani-Kərimə qarşı edilən hörmətsizlikləri şiddətlə qınayıb və pisləyiblər. Bu da təbii bir haldır, çünki İslamın ləkələnməsinə cəhd qəbulolunmazdır.

Dünyada İslama maraq yüksələn xətt üzrə inkişaf edir. Bu da qlobal gücləri, qlobal imperiyaları narahat edir. Məhz bu cür cılız və məkirli addımlarla öz məqsədlərinə çatmağa çalışırlar. Lakin buna nail ola bilməyəcəklər. Əsrlər boyu İslam dini bir sıra sınaqlardan, çətin vəziyyətlərdən çıxıb. Lakin bu gün görürük ki, İslam ətrafında milyonları toplaya bilib. Bizim saf, müqəddəs dinimizə, kitabımıza kimlərsə ləkə salmağa, təhqir etməyə çalışacaqsa bu, onların özlərinin təhqir edilməsi deməkdir. Fikrimcə, müqəddəs saydığımız mənəvi dəyərlərimizə qarşı da heç kimə bu cür barbar və vandalcasına hərəkət etməyə icazə verməməliyik. Məhz İslam Əməkdaşlıq Təşkilatı bu barədə çox qəti və kəskin etirazını bildirməlidir”, – politoloq qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…