268 baxış
Bu yazını paylaşın
İqtisadi

İslam İnkişaf Bankı Qarabağda İKT, nəqliyyat və infrastruktur layihələrinin maliyyələşdirilməsində maraqlıdır

16 Dekabr 2021

İslam İnkişaf Bankı (İİB) Qrupunun Ölkə əməliyyatları üzrə meneceri Dr. Farid Ahmed Khanın Azərbaycana səfəri çərçivəsində bankın nümayəndələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) olublar.

‘TELEJURNAL’ RİNN-dən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, nümayəndə heyəti ilə keçirilmiş görüşdə ölkəmizlə bank arasında cari əməkdaşlıq məsələləri və İİB tərəfindən maliyyələşdirilə biləcək potensial layihələrlə bağlı müzakirələr aparılıb.

Nəqliyyat, “Ağıllı şəhər”, “Ağıllı kənd”, xüsusilə də şəhərlərin transformasiyası sahəsində layihələrin bank tərəfindən dəstəklənməsi, rəqəmsal transformasiya sahəsində bankın texniki dəstəyinin əldə edilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, qarşı tərəf işğaldan azad olunmuş ərazilərimizdə İKT, nəqliyyat və infrastruktur sahəsində konkret layihələrin maliyyələşdirilməsində əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

https://azertag.az/xeber/Islam_Inkisaf_Banki_Qarabagda_IKT_neqliyyat_ve_infrastruktur_layihelerinin_maliyyelesdirilmesinde_maraqlidir-1952964

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…