32 baxış
Bu yazını paylaşın
Siyasi

İşğaldan azad olunmuş ərazilərdə daşınmaz əmlakla bağlı xidmətlər 50 % güzəştlə göstəriləcək

31 İyul 2023

Azərbaycanda daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqı məbləğlərinə Abşeron rayonunda, Gəncə və Sumqayıt şəhərlərində 0,8 əmsalı, digər şəhər və rayonlarda 0,7 əmsalı, işğaldan azad olunmuş ərazilərdə isə 0,5 əmsalı tətbiq ediləcək.

Telejurnal  xəbər verir ki, bu barədə Tarif (Qiymət) Şurasının daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərarınnda bildirilir.

Bundan başqa, qərarda deyilir ki, qanunla şəhid ailəsinin üzvləri hesab olunanların, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına hesablanmış xidmət haqqı məbləğlərinə 0,5 əmsalı tətbiq edilir.

Əmsallar daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı və qeydiyyatı ilə bağlı müraciətlərdə göstərilən konkret hallara uyğun olaraq bu cədvəlin bölmələrində müəyyən edilmiş tariflərə müvafiq ardıcıllıqla tətbiq edilir və göstərilən xidmətə görə yekun xidmət haqqı hesablanaraq müəyyən edilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…