36 baxış
Bu yazını paylaşın
Siyasi

İşğaldan azad olunan ərazilərdə mina təmizlənməsi.

31 May 2023

Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başa çatmasından xeyli vaxt keçib. Hərbi qarşıdurmanın əsas elementlərindən biri minalanmış sahələrdir ki, burada da gərgin iş aparılır. Minaların mövcudluğu həm insanların yaşamaq hüququna təhdid olur, həm də keçmiş məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir. Ümumilikdə bərpa və inkişaf prosesini ləngidir. Odur ki, minaların və digər partlamamış silah-sursat qalıqlarının təmizlənməsi ən aktual məsələlərdən biri kimi gündəmdədir.

Qarabağda ermənilər tərəfindən basdırılan minaların zərərsizləşdirilməsi prosesi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən uğurla həyata keçirilir.Türkiyə başda olmaqla bir çox ölkələr də bu məsələdə Azərbaycana dəstək olurlar.

Ölkəmiz bu gün işğaldan azad olunmuş əraziləri minalardan təmizləmək üçün kifayət qədər ciddi addımlar atır. Təbii ki, bu ərazilərin tədricən təmizlənməsində vaxt ilə yanaşı, çoxlu vəsait, kifayət qədər peşəkar mütəxəssis və texniki ehtiyatlar da tələb olunur. Minatəmizləmə işləri əsasən nəqliyyat yollarında, mühüm infrastruktur binalarında, rayon və kəndlərdə aparılır. Əməliyyatların uğurla davam etməsi münaqişənin təsirinə məruz qalmış ərazilərin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.

“İşğaldan azad olunmuş torpaqlarda 50 min hektardan artıq ərazi minalardan təmizlənib. 60 mindən çox mina və partlamamış silah-sursat isə zərərsizləşdirilib”.

Vətəndaşlarımız minalı sahələrin əlamətləri hansılardır onu bilməlidir və buna diqqət etməlidir. İnsan özünü mina sahəsində hiss etdikdə və ya ətrafında minalar gördükdə həmin ərazidə hərəkət etməməli və qaçmamalıdır. Dərhal yaxınlıqdakı adamları köməyə çağırmaq lazımdır. Ona görə yox ki, gəlib həmin şəxsi oradan çıxarsınlar. Sadəcə ətrafdakı şəxslər müvafiq qurumlara xəbər versinlər, onlar da öz növbəsində müvafiq mütəxəssisləri çağırsınlar, insanın oradan çıxarılması üçün təhlükəsiz cığır açılsın.

Bəzi insanlarda yanlış fikirlər var ki, minaya ayaq qoyduqda ayağı çəkməsən partlamaz. Bu, doğru deyil, ayağı minaya basdınsa, bu partlayışdır. Yaxud sursat və minaları bir-birinə birləşdirən tələ məftilinə toxundunsa, partlayış baş verəcək.

Bəzi insanlar da düşünür ki, maşınla həmin ərazidən sürətlə keçərsə xilas olmaq mümkündür. Mina saniyənin onda biri sürəti ilə partlayır. Bəziləri isə düşünür ki, qışda mexanizmlər donur və sərtləşə bilir, mina həssaslığını itirir və bu səbəbdən partlayış baş verməyə bilər. Bu düşüncələr də yanlışdır. Ola bilər ki, isti vaxtlarda mexanizmlər daha az çəkinin təzyiqi nəticəsində işə düşsün, amma minanın partlayış gücü fəsildən asılı deyil.

Ermənistan istehsalı olan piyada əleyhinə minalar ərazilərimizdə kifayət qədər basdırılıb və 2-4 kiloqram çəki partlayışa səbəb olur.

 

Eyyubova Nərminə 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…