49 baxış
Bu yazını paylaşın
Siyasi

İşğaldan azad edilmiş rayonlardan olan məcburi köçkün sahibkarlar üçün təlimlərə start verildi

25 Fevral 2022

25 fevral tarixində Biləsuvar şəhərində yerləşən təlim mərkəzində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin(AOPE) icra etdiyi “Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri” adlı layihənin ilk tədbiri həyata keçirilib. Tədbirdə işğaldan azad edilmiş rayonlardan olan keçmiş məcburi köçkün sahibkarlar üçün “Yaşıl iqtisadiyyyat və ekoloji təmiz kənd təsərrüfatı” mövzusunda təlim keçirildi. Təlim yaşıl iqtisadiyyat üzrə mütəxəssis Sitarə Səfərovanın idarəçiliyi ilə həyata keçirilib. Təlimdə qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, temiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası haqqında danışıldı.
Həmçinin, isğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin yenidən qayıtması, həmin ərazilərdə infrastrukturun yaradılması, ağıllı kənd və ağıllı şəhər layihələri, e- sağlamlıq sistemi, elektron tədris, ağıllı kənd təsərrüfatı və digər sahələr barədə də məlumat verildi. Eyni zamanda təlim müddətində “Yaşıl iqtisadiyyat” in bazasında sahibkarlıq subyektlərinin qurulması istiqamətində tövsiyələr də verildi.
Layihə çərçivəsində silsilə tədbirlər may ayına qədər davam edəcəkdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…