77 baxış
Bu yazını paylaşın
Siyasi

İşğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirak etmək istəyən Ukrayna şirkətlərinin layihələri Azərbaycana təqdim edilib

27 Yanvar 2022

Ukrayna şirkətləri kənd təsərrüfatı, körpü tikintisi, infrastruktur, energetika və meliorasiya sahəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə birgə layihələrə ciddi maraq göstərirlər. Ukrayna şirkətlərinin layihələri baxılmaq üçün Azərbaycan İqtisadiyyat Nazirliyinə, eləcə də Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim edilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov məlumat verib.
Gennadi Çijikov bildirib ki, ötən ilin yayında Ukrayna Ticarət və Sənaye Palatası ilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında dövlət-özəl sektor tərəfdaşlığının inkişafı üçün əsas platforma kimi Ukrayna-Azərbaycan Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb. Hazırda İşgüzar Şuranın vəzifələrindən biri Ukrayna şirkətlərini Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə layihələrə cəlb etməkdir.
“İki ölkə arasında ticarət dövriyyəsi əsasən neft, neft məhsulları, ərzaq məhsulları hesabına artır. Ancaq biz maraqlıyıq ki, birgə istehsal müəssisələri yaradılmaqla bu göstəricilər artsın. Bu istiqamətdə hər iki ölkənin sahibkarları tərəfindən istək var”, – deyə Gennadi Çijikov əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…